Daşkəsəndə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“BUTA.TV” “Unikal”a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusla “Hyundai” markalı minik maşını toqquşub.
Qəza zamanı 10-dan çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda olanlar qızıl mədəninin işçiləridir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, “Hyundai” markalı avtomobil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisinə məxsusdur.
APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanların adları aşağıdakı kimidir:
1967-ci il təvəllüdlü F. Allahverdiyev,
1993-cü il təvəllüdlü S. Məmmədov,
1989-cu il təvəllüdlü S. Kazımov,
1983-cü il təvəllüldü N.Qurbanov,
1985-ci il təvəllüdlü R.Verdiyev,
1985-cu il təvəllüldü A.Məmmədov,
1974-cü il təvəllüdlü V.Əliyev,
1991-ci il təvəllüdlü E.Vəliyev,
1987-ci il təvvəllüdlü R.Əhmədov,
1980-ci il təvəllüdlü K.Nipalıyeva,
1992-ci il təvəllüdlü E.Səddərzadə,
1970-ci il təvəllüdlü A.Səfərov.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır