Olimpiada bitdi. Azərbaycan heç 2012-ci (9 medal) və 2016-cı il (18 medal) uğurlarını da təkrarlaya bilmədi. Cəmi 7 medal qazanmışıq. Onun da 5-ni bizə legionerlər (xarici mənşəli idmançılarımız) gətirdi. Bu o deməkdir ki, milli idmanın vəziyyəti acınacaqlıdır. BUTA.TV-nin xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, ildən ilə daha çox pul xərclənir, amma nəticə yoxdur: "Bunun da əsas günahkarları bunlardır: gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva (o da bir növ legionerdir, amma heç bir səmərəsi yoxdur, üstəlik vətəni Bolqariyada parlament spikeri erməni əsilli Raya Nazaryandır). Hələ 2021-ci ildə nazir təyin olunandan sonra Qayıbov bəyan etmişdi ki, nazirliyin inkişaf strategiyasını hazırlayacaq. Amma nazirliyin saytında göstərilir ki, “Hazırda strategiya hazırlanma mərhələsindədir”. 3 il bəs etmədi? Strategiyasız necə işləyir bu nazirlik? Nəticəsi göz qabağındadır..."
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio