Bir neçə arxeoloji abidənin, eləcə də Şəmkir rayonunda tarixi körpünün yerləşdiyi ərazinin vaxtilə pay torpağı kimi vətəndaşların mülkiyyətinə verildiyi ilə bağlı faktlar mövcuddur. Həmin abidələrin ərazilərinin sərhədi müəyyən olunaraq mühafizə zonalarının yaradılması üçün araşdırma aparılıb, bu barədə vətəndaşlar və yerli orqanlar məlumatlandırılıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
“Tarixi abidələrin mühafizə zonaları daxilinə düşən həmin ərazilərdə tikinti işlərinin aparılması və abidələrə ziyan vuracaq təsərrüfat fəaliyyətlərinin həyata keçirilməsinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülür. Həmçinin vətəndaşlar, bələdiyyələr və yerli orqanlarla mütəmadi olaraq maarifləndirici işlər aparılır, arxeoloji abidələrin yerləşdiyi ərazilərin qorunmasının vacibliyi diqqətə çatdırılır”, - o bildirib.
Qeyd edək ki, Şəmkir qalasının yaxınlığında Şəmkir çayının yatağında yerləşən qədim körpünün yerləşdiyi ərazi yerli əhaliyə əkin sahəsi kimi verilib.
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
- Qaradağda yeni avtomobil körpüləri tikilir
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto
- “Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
- Mülki PUA-lara nəzarət olacaq
- Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar rüsüm...
- Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
- Hesablama Palatasına yeni səlahiyyət verilir