Zəngəurda mövqelərə qalxan erməni hərbçiləri bəzi postlarda azərbaycanlılar tərəfindən yoxlanılır.
BUTA.TV Ordu.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Hayakve” birliyinin şura üzvü, erməni siyasi xadim Avetik Kerobyan deyib.
“Faktlar var, həmin mövqelərin yerlərini də bilirəm. Bizim əsgərlər Azərbaycan Ordusunun nümayəndələri tərəfindən yoxlanıldıqdan sonra postlara buraxılırlar. Azərbaycanlılar iki günlük ərzaqdan və iki daraqdan artıq sursat keçirməyə icazə vermirlər. Növbəni əvəz edəcək əsgər gələnə qədər həmin mövqedə duranları buraxmırlar. Təkrar edirəm: Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan döyüş mövqelərində azərbaycanlılar erməni əsgərlərini yoxlayır və yalnız bundan sonra yuxarı qalxmağa icazə verirlər. Həmin uşaqları girov kimi saxlayırlar”, - Kerobyan bildirib.
Onun sözlərinə görə, həm Ermənistan Müdafiə Nazirliyi, həm də Baş Qərargah məsələdən çox yaxşı xəbərdardır.
“Söhbət Zəngəzur vilayətindəki Qaragöl ərazisində Ermənistanın nəzarətində olan mövqelərdən gedir. Üzücüdür, amma döyüş başlasa, bizim uşaqlar əsir düşəcək, ya da daha pis olacaq. Orada bizim hərbçilər alçaldıcı vəziyyətdən keçir və bu barədə Müdafiə Nazirliyi bilir. Azərbaycanlılar əsgərlərimizi hətta ciblərinədək yoxlayırlar”, - deyə Kerobyan vurğulayıb.
- Şirəliyevin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi - Foto
- “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!
- Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı - Açıqlama
- Çay sahilində narkotik yetişdirdi, həbs olundu - Video
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam