Rumıniya Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa Azərbaycana səfərə dəvət olunub.
BUTA.TV xəbər verir ki, bu təklif Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Rumıniyaya rəsmi səfəri çərçivəsində noyabrın 24-də bu ölkənin Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşündə səsləndirilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanla Rumıniya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı, prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
K.Əliyev Avropa məkanında Rumıniya ilə Azərbaycan əlaqələrinin dərin tarixi, mədəni və dostluq adət-ənənələrinə söykəndiyinin söyləyərək iki ölkə arasında münasibətlərin qarşılıqlı faydalı və səmərəli olduğunu bildirib.
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında aparılan genişmiqyaslı islatlardan söz açıb, cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın mühüm rolunu vurğulayıb.
O, 2024-cü ilin oktyabr ayında Aleks Florentsanın Bakıya baş tutan işçi səfərini xatırlayaraq səfər zamanı imzalanmış Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu hüquqi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində yüksək qiymətləndirib.
K.Əliyev Rumıniyaya səfərini iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın yeni mərhələsi adlandırıb, qarşı tərəfi Azərbaycana rəsmi səfərə dəvət edib.
A.Florantsa da çıxışında Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, iki ölkənin prokurorluq orqanları arasında münasibətlərindən söz açaraq təcrübə mübadiləsi, Avropa Şurası və BMT müvafiq qurumları çərçivəsində əməkdaşlıq barədə danışıb.
Daha sonra, qonaqlara Rumıniya prokurorluq orqanların fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub. Görüşdə tərəflər hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
- “Qafqazinfo”nun ad günüdür
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video