Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?

16:02 - 27 Noyabr 2025 - GÜNDƏM

 Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?

Yanğın təhlükəsizliyi tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə əsasən, fiziki şəxslər üçün 200–500 manat, vəzifəli və hüquqi şəxslər üçün isə daha yüksək məbləğdə cərimələrlə nəticələnir. Tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi də 200 manatdan 3000 manatadək cərimə ilə cəzalandırılır. Bu məsuliyyət hadisə baş vermədən əvvəl aşkar edilən pozuntulara şamil olunur.

Bunu BUTA.TV-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov son son günlər baş verən yanğınlarla bağlı deyib.

Onun sözlərinə görə, qanunvericilik belə hallarla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutur:

“Əgər qayda pozuntusu yanğına səbəb olubsa və nəticədə insanların sağlamlığına az ağır və ya ağır zərər dəyibsə, Cinayət Məcəlləsinin 225-ci maddəsi işə düşür. Maddəyə əsasən, yanğın təhlükəsizliyi tələblərini pozan məsul şəxslər 2000-4000 manat cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Hadisə ehtiyatsızlıqdan insan ölümünə səbəb olarsa, cəza 3-6 il, üç və ya daha çox ölüm olduğu halda isə 5-10 il azadlıqdan məhrumetmədir. Yasamal rayonunda baş verən və üç nəfərin həyatına son qoyan yanğın məhz maddənin ən ağır hissəsini aktuallaşdırır. İlkin versiyaya görə, obyekt sahiblərinin və məsul şəxslərin təhlükəsizlik qaydalarına əməl etməməsi bu faciəyə yol açır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol