Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər. Bu məbləğ aylıq 16 manatdır. Bununla bağlı qanun layihəsi artıq birinci oxunuşdan keçib. Ancaq qanun layihəsi çoxsaylı suallar doğurur: “qeyri-formal məşğulluğun təsir dairəsinə düşənlər” kimlərdir?
Bu barədə BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qeyri-formal işləyənlər faktiki olaraq heç yerdə rəsmi işi olmayanlardır və onları təsbit etmək çox çətindir.
“Ona görə də hüquqi və iqtisadi nöqteyi-nəzərdən bu təsnifat və tanıtım özü problematikdir. Bir insanın ola bilər ki, rəsmi iş yeri yoxdur, ancaq hardasa ofisiant və ya kuryer işləyir. Bu, necə təsbit olunacaq? Qanunlar ümumiyyətlə qeyri-müəyyən yazıla bilməz, burada isə qeyri-müəyyənlik var. Bunu təsbit edən və nəzarət edən qurumlar kimlər olacaq, formulu necə olacaq? Təəssüf ki, rəsmi qurumlardan bununla bağlı açıqlama verilməyib”, - ekspert vurğulayıb.
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı
- Gəmi kapitanı Səmədin nəşi tapıldı
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu