ABŞ Dövlət Departamenti rəsmi şəkildə Maduro rejimini xarici terror təşkilatı kimi tanıdı. Bu qərar, faktiki olaraq Venesuelaya qarşı hərbi intervensiyanı(hücumu) beynəlxalq hüquq baxımından legitimləşdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
O, Nikolas Maduro rejiminin terrr təşkilatı kimi tanınmasının hansı imkanlar yaratdığını sadalayıb:
- Xarici aktivlərin dərhal dondurulması;
- Dünyanın hər yerində rejim tərəfdarların cinayət məsuliyyətinə cəlb edilməsi.
“Hal-hazırda Venesuela hava məkanı faktiki olaraq boşdur (Ukrayna hava məkanı kimi) və ABŞ tərəfindən hava hücumlarının başlanma ehtimalı olduqca yüksəkdir”, - politoloq vurğulayıb.
Qeyd edək ki, Venesuela dünyada ən böyük neft ehtiyatlarina malik olan ölkədir, amma sərt sanksiyalar səbəbindən Venesuela nefti dünya bazarına buraxılmır və Çin bu durumdan yararlanır: Venesuela neft ixracının 90%-i məhz Çinə gedir.
- Kamaləddin Qafarov: Kəlbəcər yenidən inşa olunur
- “Real danışsaq, Azərbaycan klubu Çempionlar Liqası kimi böyük turnirdə oynamamalıdır” - Qurban Qurbanov
- “Həyatımıza təhlükə var” - Bir qrup sənətçi müraciət yaydı
- Maduro üçün geri sayım başladı: Hava hücumları başlaya bilər
- Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır
- Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır
- Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət
- Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!