Bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə mətbuata bəyanatında bildirib.
“Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”, - Prezident bildirib.
- Baxçalı Şah İsmayılla bağlı söhbətlərə son qoydu - Video
- Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək
- İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı
- Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan
- Putinlə Trampın telefon danışığı başladı
- Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü
- Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
- Saakyan məhkəmədə bunları etiraf etdi