Hər gün bir ovuc yemək xərçəngdən qoruyur

02:20 - 1 Sentyabr 2024 - SAĞLAMLIQ

 Hər gün bir ovuc yemək xərçəngdən qoruyur

Meyvələr sağlam və uzun yaşam üçün vacib qida qaynaqlarından biridir.

BUTA.TV Teleqraf.az-a istinadən xəbər verir ki, parlaq qırmızı rəngdə və turş dadı olan yemişan sağlamlığa bir çox faydası olan meyvədir.

Yemişanda ürək sağlamlığını dəstəkləyən antioksidantlarla mövcuddur. Xüsusilə, flavonoidlər və fenolik birləşmələr xolesterinin səviyyəsini tənzimləyir, qan damarlarını genişləndirir, qan təzyiqini aşağı salır və infarkt riskini azaldır.

Yemişan immunitet sistemini gücləndirən və orqanizmi infeksiyalardan qoruyan C vitamini ilə zəngindir. Yemişanın tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq orqanizmi xəstəliklərdən qoruyur.
Bu meyvənin tərkibində həzm sistemini yaxşılaşdırmağa kömək edən liflər var. Onlar həzm prosesini tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını dəstəkləyir.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Yemişanda antioksidantlar və fenolik birləşmələr xərçəngə qarşı qoruyucu təsir göstərir. Xüsusilə, antosiyaninlər və katexinlər xərçəng hüceyrələrinin böyüməsinə maneə törədir.

Yemişan çay, mürəbbə, şərbət və ya quru meyvə kimi istehlak edilə bilər. Lakin diqqətli olmaq lazımdır, çünki yemişan bəzi dərmanlarla qarşılıqlı təsir göstərərək mədə narahatlığına səbəb ola bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol