Məlum olduğu kimi, Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib.
BUTA.TV xəbər verir ki, universitetlə bağlı Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Bunun ardınca təhsil olcağının fəaliyyətini dayandıracağı haqda media subyektlərində xəbərlər yayılıb.
Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən ali məktəblə bağlı quruma hələlik heç bir müraciət ünvanlanmayıb.
Tələbələr isə yayılan xəbərlər öz təsdiqini tapdığı halda diplomlarının tanınıb-tanınmayacağı, habelə, təhsillərini necə davam etdirəcəkləri ilə bağlı narahatlıq içindədirlər.
Ətraflı Baku TV-nin videomaterialında:
- “Ən ağır yükünüz olimpiya dünya çempionları olsun!” - Firdovsi Umudovdan güləşçilərə dəstək+Video
- Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
- Bu universitet bağlanır: Diplom məsələsi necə olacaq? - Video
- 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı
- Anomal isti bu insanlar üçün əlverişsizdir
- Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
- Ağdamın daha 2 kəndində yanğın başladı
- Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar