Astara rayonunda məsciddə azyaşlılara dini dərnəklər təşkil edən şəxs müəyyən edilib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü şəxs rayonun Şahağacı məscidində azyaşlılara dini dərnək təşkil edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə protokol tərtib edilib.
Həmin şəxs izahatında göstərib ki, heç bir dərnək və dərs təşkil etməyib, uşaqlar yaxınlaşaraq ərəb hərfləri öyrənmək istədiklərini bildirib, o da bildiklərini onalara öyrətməyə çalışıb.
Astara Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1500 manat miqdarında cərimə olunub.
- Azərbaycanda ən çox bazar bu bölgədədir
- “Ən ağır yükünüz olimpiya dünya çempionları olsun!” - Firdovsi Umudovdan güləşçilərə dəstək+Video
- Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
- Bu universitet bağlanır: Diplom məsələsi necə olacaq? - Video
- 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı
- Anomal isti bu insanlar üçün əlverişsizdir
- Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
- Ağdamın daha 2 kəndində yanğın başladı