Yeni tədris ilində Honor smartfonları və “SuperSən” tarif paketi daha əlçatandır! Qarşıdan gələn tədris ilində abunəçilərini daha da sərfəli internet və danışıq xidmətləri ilə təmin etməyi hədəfləyən “Azercell Telekom” MMC yeni kampaniyaya start verir.
BUTA.TV xəbər verir ki, xüsusi təklifə əsasən HONOR smartfon və ya planşetini "Azercell"in satış mərkəzlərindən 229 AZN-dən başlayan qiymətlərlə alan abunəçilər, 6 ay müddətinə “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB” və ya “SuperSən 30GB” tarif paketlərinə 50% endirim əldə edəcəklər. Tarif paketini aktivləşdirmək üçün müvafiq açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir. Tarifi USSD kod və ya “Azercell” tətbiqi vasitəsilə də aktivləşdirmək olar. Qeyd edək ki, “SuperSən” paketləri 6 aylıq endirim müddətindən sonra avtomatik şəkildə standart qiymətlərlə yenilənəcək.
Kampaniyadan 30.09.2024-cü il tarixinədək yararlanmaq olar. Daha ətraflı məlumat üçün bit.ly/acell_honor_az səhifəsinə keçid etməyiniz xahiş olunur.
"Azercell"in yeni kampaniyasından yararlan və qarşıdan gələn tədris ilinə tam hazır ol!
- Hüseyndən həbs xəbərlərinə reaksiya
- Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!
- Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto
- Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?
- BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər
- Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi
- Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi