ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə “Fort Hud” hərbi bazasına hücumda təqsirli bilinən Nidal Malik Həsənin edamını təsdiqləyib.

BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat yayıb.

Qeyd edək ki, keçmiş ordu mayoru və psixiatr Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də “Fort Hud”da atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, atəş açan zaman "Allahu Əkbər" qışqırıb.

O, 2013-cü ildə qəsdən adam öldürməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto