Bakıda yetkinlik yaşına çatmayan qızın görüntülərini sosial şəbəkələrdə yayan şəxs cinayət məsuliyyətnə cəlb edilib.

“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Maştağa qəsəbə sakini 2000-ci il təvəllüdlü Saleh Məmmədov (adlar və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə iş açılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, instagramda tanış olduğu 14 yaşlı Südabənin intim görüntülərini əldə edərək özündə saxlayıb. Saleh qızın qohumlarının telefon nömrəsini də ondan tələb edərək alıb. Bir müddət sonra münasibətlərinin pozulmasını və qızın onu sosial şəbəkədə bloklamasını bəhanə edərək görüntüləri olan 5 müxtəlif videonu onun anasına və digər qohumlarına göndərib.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Saleh 5 il həbs cəzasına məhkum edilib. Oktyabrın 1-i keçirilən son məhkəmə iclasında o həbs olunub

Vurulan gəmi Mənsimovundur Vurulan gəmi Mənsimovundur