Venesuela Prezidenti Nikolas Maduronun daha bir təyyarəsi Dominikan Respublikasında saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Dominikan mətbuatı məlumat yayıb.
Qəzet “Dassault Falcon 2000EX” təyyarəsinin hazırda “Xoakin Balaquer” hava limanında olduğunu bildirib.
Təyyarənin dəyəri 10 milyon dollardır və yeganə qeydə alınmış uçuşu 14 sentyabr 2019-cu ildə olub.
Qeyd edək ki, bundan əvvəl sentyabrın 2-də ABŞ Maduronun “Dassault Falcon 900EX” təyyarəsini ələ keçirmişdi.
- Yenə Muslera, yenə səhv... - Video - Yenilənib
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama