Bakıda və Abşeron yarımadasında iyunun 27-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, axşama doğru yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, gecəyə doğru isə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.
- Nazir onu BDU-ya prorektor təyin etdi - Foto
- Evdən 18 yaşlı oğlanın meyiti tapıldı
- Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...
- Moldova səfiri Rusiya XİN-ə çağırıldı, nota təqdim edildi
- Sabahın havası: intensiv yağış, dolu...
- Zabil Qəhrəmanovun işi məhkəməyə göndərildi
- Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi
- Türkiyə MN Azərbaycanı təbrik etdi