Türkiyənin Çanaqqala vilayətində R.Y. adlı yerli sakini evlənmək adı ilə aldadaraq 800 min lirə (təxminən 29200 manat) pulunu almaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, M.H. adlı azərbaycanlı qadın ölkədən qaçmağa cəhd edərkən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Ərzurum şəhərində ələ keçirilib.
Məlum olub ki, M.H. bir televiziya proqramında evlənmək üçün çıxan R.Y. adlı Türkiyə vətəndaşının 800 min lirə pulunu mənimsəyib.
O, R.Y. ilə evlənmək adı ilə həmin vəsaiti ondan alıb və Azərbaycana qaçmaq istəyərkən Çanaqqala Polis əməkdaşları tərəfindən Türkiyə Baş Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ərzurumda tutularaq nəzarətə alınan şübhəli M.H. iyunun 24-də məhkəmə tərəfindən həbs edilib. Hadisə ilə əlaqəsi olduğu və vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. Çanaqqalanın Lapseki rayonunda tutulub və iyunun 24-də məhkəmə onu da həbs edib.
- “City Garden Narimanov”da yeni mərhələ satışda – Faizsiz kredit...
- Türkiyədə azərbaycanlı qadın həbs olundu
- Həsənov yeni generallara rütbələrini təqdim etdi - Foto
- Nazir Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - Video
- Ağsuda narkotik plantasiyası aşkar edildi - Video
- Nazir onu BDU-ya prorektor təyin etdi - Foto
- Evdən 18 yaşlı oğlanın meyiti tapıldı
- Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...