Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.
- Ağsuda narkotik plantasiyası aşkar edildi - Video
- Nazir onu BDU-ya prorektor təyin etdi - Foto
- Evdən 18 yaşlı oğlanın meyiti tapıldı
- Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...
- Moldova səfiri Rusiya XİN-ə çağırıldı, nota təqdim edildi
- Sabahın havası: intensiv yağış, dolu...
- Zabil Qəhrəmanovun işi məhkəməyə göndərildi
- Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi