Xəbər verdiyimiz kimi, Əpl şirkəti yeni Ayfon 16 smartfonunu təqdim edib.
BUTA.TV xəbər verir ki, Əpl nümayəndələri eyni zamanda Ayfon 16 seriyalı yeni smartfonların qiymətlərini açıqlayıblar.
Belə ki, sadə Ayfon 16-nın qiyməti 799 dollardır. Ayfon 16 Plus ən azı 899 dollara başa gələcək. Başlanğıc versiyada olan hər iki model 128 giqabaytlıq yaddaşa malikdir.
128 GB yaddaş tutumu ilə təchiz edilmiş flaqman Ayfon 16 Pro 999 dollardır. Ən azı 256 giqabayt yaddaşa malik Ayfon 16 Pro Max-ın qiyməti 1199 dollardır. Seriyanın ən yaxşı qadcetləri üçün ilkin sifarişlər 13 sentyabrdan başlanacaq. Cihazlar sentyabrın 20-də ümumi satışa çıxarılacaq.
- Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika
- Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto
- 5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər
- Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya
- İlham Əliyev Daşkənddə ziyafətdə - Video
- İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
- Əliyev Daşkənddə tədbirdə iştirak etdi, Qasımov mükafatlandırıldı
- Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir