İspaniyanın paytaxtında naməlum şəxs küçədə gedən və serb dilində telefonla danışan Serbiya səfiri İrina Şaratsa hücum edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə diplomatın yaşadığı küçədə baş verib.
Şahidlərin dediyinə görə, kişi serb dilində telefonla danışan Şaratsa yaxınlaşıb və ondan Serbiyadan olub-olmadığını soruşub, daha sonra onu arxadan təpiklə vurub və qaçıb. Kişinin danışığına əsasən, onun alban mənşəli olduğu düşünülür.
Bir neçə şahid hücumçunu tutmağa cəhd edib, lakin uğursuzluğa düçar olublar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Serbiyanın Xarici İşlər Naziri Marko Curiç hadisəni pisləyib.
"Madridin mərkəzində səfir Şaratsa qarşı fiziki hücumu qətiyyətlə pisləyirəm. Biz bütün hakimiyyət orqanlarından bu biabırçı hadisənin və ölkəmizin ali diplomatik nümayəndəsinə qarşı zorakılıq aktının tam araşdırılmasını və günahkarın məsuliyyətə cəlb olunmasını tələb edirik", - deyə o bildirib.
Məlumata görə, hücumdan sonra səfirin vəziyyəti yaxşıdır.
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” Gürcüstan klubunu darmadağın edir - Yenilənir+Canlı
- Sərnişinləri ödənişsiz avtobuslar daşıyacaq - Sel dəmiryolunu bu hala qoydu
- Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
- Elvin sabahkı matçda oynayacaq? - Açıqlama
- Biləsuvarda güclü qum burulğanı... - Video
- YAP-ın təşkilat sədri saxlanıldı - Xaçmazda əməliyyat
- Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video