Ermənistanın Ukraynanı sovet istehsalı olan silahlarla təchiz etməyə başlaması xəbəri kifayət qədər səs-küyə səbəb olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Fakt” nəşrinin məqaləsində qeyd olunur.
Məlumata görə, Ermənistanla Avropa Komissiyası arasında saziş imzalanıb. Buna əsasən İrəvan sovet istehsalı olan tank və zenit raket komplekslərini Gürcüstan limanı vasitəsilə Kiyevə göndərməlidir. Silahların ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu bildirilir. Ermənistanın mövcud zenit müdafiə sistemlərini və 152 mm-lik artilleriya qurğularını Ukraynaya təhvil verəcəyi deyilir.
Bu, İrəvanı və erməniləri təhlükəyə atacaq addım kimi dəyərləndirilir.
Nəşr yazır ki, Ukraynanın 44 günlük müharibə zamanı Azərbaycana dəstək olmasına baxmayaraq, İrəvanın bu yardımı ictimaiyyətdə narazılıqla qarşılanıb.
Qeyd olunur ki, yayılan məlumatların doğruluğunu sübut edən faktlar yoxdur. Bunu kimin yaydığı da məlum deyil. Yayılan məlumatın Moskva oxuna qayıtmağa çalışan İrəvanın Kremllə münasibətinin daha da korlanması üçün Qərb tərəfindən ortaya atıldığı iddia edilir.
Məqalədə qeyd olunur ki, Qərb son zamanlarda Gürcüstanda da bənzər addımlar atır. Nəticə olaraq Cənubi Qafqazda zəifləyən mövqelərini geri qaytarmağa çalışır.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı