COP29-a görə bağçalar bağlanır? - Nazir açıqladı

11:06 - 10 Sentyabr 2024 - GÜNDƏM

 COP29-a görə bağçalar bağlanır? - Nazir açıqladı

Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin.

BUTA.TV Report-a istinadla xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

"Çünki işləyən analar üçün bağça önəmlidir. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə övladlarını özləri ilə götürür. Amma ümumilikdə tədbir müddətində bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur", - nazir əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol