Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Cənub-şərq küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
- Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto
- 5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər
- Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya
- İlham Əliyev Daşkənddə ziyafətdə - Video
- İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
- Əliyev Daşkənddə tədbirdə iştirak etdi, Qasımov mükafatlandırıldı
- Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir
- Səfirliyimizin atəşə tutulmasına Rumıniyadan reaksiya