Sülh prosesinin təşəbbüskarı Rusiyadır - Mirzoyan

14:56 - 10 Sentyabr 2024 - GÜNDƏM

 Sülh prosesinin təşəbbüskarı Rusiyadır - Mirzoyan

Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolu konstruktiv idi.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Yerevan Dialogue” beynəlxalq forumunda çıxışında deyib.

“Rusiya 2020-ci ildə müharibədən sonra uğurla vasitəçilik edə və barışıq imzalaya bildi. Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinin təşəbbüskarı Rusiyadır. Bu rolu ABŞ, AB və digər ölkələr - Fransa və Almaniya davam etdirdi. Və azərbaycanlı həmkarımla sonuncu görüş Qazaxıstanda baş tutub”, - Mirzoyan bildirib.

O, Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə təşəkkür edib:

Bu xəbər hal-hazırda çox oxunur
Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər

“Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşməməlidir, bu nəzəri, aksiomatik həqiqətdir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol