Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ə olan maraq gözləntiləri üstələyib.
Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətindən BUTA.TV-a verilən məlumata görə, sentyabrın 13-15-də keçiriləcək yarışa bütün tribuna biletləri satılıb.
Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına "Zəfər" və "Qız Qalası" tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.
Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Azərbaycan Qran-Prisi azarkeşlərə təkcə bolidlərin səs-küyünü deyil, həm də xüsusi əyləncə proqramları ilə dolu bir həftəsonu vəd edir. Dördgünlük bilet sahibləri yarışı izləməklə yanaşı Pit zolağı gəzintisi və sentyabrın 13-14-də baş tutacaq dünya ulduzlarının konsert proqramlarında iştirak edəcəklər.
Formula 1 Azərbaycan Qran-Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır.
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- Sərnişinləri ödənişsiz avtobuslar daşıyacaq - Sel dəmiryolunu bu hala qoydu
- Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
- Elvin sabahkı matçda oynayacaq? - Açıqlama
- Biləsuvarda güclü qum burulğanı... - Video
- YAP-ın təşkilat sədri saxlanıldı - Xaçmazda əməliyyat
- Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video
- ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!