İnsan həyatı boyu müxtəlif yaş dönəmlərində krizlər keçirə bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, professor Devid Blençflauer insanın özünü ən depressiv hiss etdiyi yaşla bağlı açıqlama verib.
"Elmi araşdırmalar göstərib ki, 50 yaşa 2-3 il qalmış ən bədbəxt hiss edilən yaşdır. Aparılan sorğular dünyada 80% insanın daha çox 47 yaşda özünü bədbəxt hiss etdiyini sübut edib.
Məlumatlar 132 müxtəlif ölkənin bazalarından götürülüb. Təhsil, iş, ailə vəziyyəti nəzərə alınaraq, əminliklə deyə bilərik ki, yaşa görə xoşbəxtlik qrafikində ən aşağı nöqtə 47 yaş və 2 aydadır.
Bu dönəmi orta yaş krizi adlandırmaq olar. Bundan sonra insan özünü yaxşı hiss edir və həyat daha şən olur. Belə bir effekt dünyanın bütün ölkələrində, istər zəngin, istər yoxsul əhali arasında eynidir.
Alimlər hesab edir ki, məhz bu yaşda artıq insan fizioloji, mənəvi olaraq qocaldığını hiss edir. Qocalmaq qarşısında qorxu depressiya və ümidsizlik gətirir. Əgər siz bu nöqtədəsizsə, bilin ki, tək deyilsiniz və bundan sonrası daha yaxşı olacaq.
Krizdən çıxmaq üçün aktiv olaraq özünüzlə məşğul olmalı, təbiətdə, səyahətlərdə olmalı, yaxşı qidalanmalısız. Müasir insan üçün 47 qocalıq yox, elə orta yaşın başlanğıcıdır", - professor qeyd edib.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı