Rəsmi İrəvan Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatların müddəalarını manipulyasiya etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə deyib.
O qeyd edib ki, söhbət beynəlxalq hüquqdan və tərəflərin imzaladığı sənədlərdən gedir.
M.Zaxarova vurğulayıb ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlara uyğun olaraq, qeyd edilən tərəflərin maraqlarını qeyd-şərtsiz nəzərə alaraq, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə açılmasının tərəfdarıdır.
Diplomatın sözlərinə görə, Rusiya tərəfi bu öhdəliklərə sadiq qalır.
“Biz əminik ki, belə bir düstur təkcə Bakı və İrəvanın deyil, bütün qonşuların maraqlarına cavab verir. Mən regiondakı qonşuları, o cümlədən Rusiya, İran, Türkiyəni nəzərdə tuturam”, - deyə Rusiya XİN-in nümayəndəsi bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi üzrə Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun işi dayandırılıb. “Təəssüf ki, bu qrupda iş dayanıb. Amma bu, bizim günahımız üzündən baş verməyib. Düşünürəm ki, bunun kimin günahı üzündən baş verdiyini təxmin edirsiniz", - deyə o vurğulayıb.
- YAP-ın təşkilat sədri saxlanıldı - Xaçmazda əməliyyat
- Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video
- ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!
- Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
- Bu ərazilərdə söküntü gedir - Ünvanlar
- "Any Unboxing" dələduzluq piramidasını ifşa edildi
- KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
- Çay sahilində köməksiz qalan şəxs xilas olundu - Video