Paytaxtın köçürülməsi xeyli gecikmiş ideyadır. Hətta torpaqlarımız işğaldan azad olunduqdan sonra bizim tərəfimizdən təklif var idi ki, paytaxt Ağdama köçürülsün. Çünki Ağdam yenidən qurulurdu və bu qurulmada paytaxt üçün lazım olan infrastruktur yaradıla bilərdi.
Bu sözləri BUTA.TV-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa paytaxtın Bakı şəhərindən köçürülməsinin zəruriliyi haqqında aparılan müzakirələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Bakı çox yükləndiyindən, bununla bağlı tədbir görülməsinə ehtiyac var:
“Bizdə səmərəli, faydalı təkliflər bir az gec, böyük imkanlar itiriləndən, məsrəflər çoxalandan sonra qəbul olunur. Ona görə də bu məsələ hələlik kimsəni düşündürmür. Bakıda fəlakətli vəziyyət yaranıb, artıq paytaxtda hərəkət etmək mümkün deyil. İnsanların vaxtının bir neçə saatı tıxaclarda, yollarda keçir. Bunun əlacını tapmaq lazımdır”.
Fazil Mustafa qeyd edib ki, gələcək paytaxt üçün başqa şəhərlərimiz də uyğundur:
“Bu, Ağdam olmaya da bilər. Bakıdan yüz, yüz əlli kilometr aralıda olan hansısa bir məntəqə də ola bilər. Hər halda, yeni paytaxt modeli düşünülməlidir. Çünki böyük idarələrin, iş yerlərinin burada olması ciddi narahatlıq yaradır. Şəhər yaşanmaz bir vəziyyətə gəlib çıxıb. Bu baxımdan hansısa qərarın qəbul edilməsi vacibdir”.
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar
- Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı