Ukrayna Rusiya ərazisindəki qanuni hədəfləri vurmaq üçün ötürülən uzaqmənzilli silahlardan istifadə etmək üçün Qərb tərəfdaşlarından - ABŞ və Böyük Britaniyadan icazə gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə "Teleqraf" nəşri məlumat dərc edib.
Qeyd olunur ki, olduqca maraqlı obyektlər raket zərbəsi altında ola bilər, xüsusən də rus pilotların təlim keçdiyi Lipetsk şəhərinin kənarındakı aviabaza.
Nəşr qeyd edir ki, Kiyevə uzaqmənzilli raket zərbələri üçün yaşıl işıq yandırılması, şübhəsiz ki, müharibənin gedişinə təsir edəcək. Müharibənin Tədqiqi İnstitutu Ukraynanın dərhal vura biləcəyi ən azı 225 potensial hədəfi müəyyən edib. Bunlar Rusiya hərbi maşınının dəstəklənməsində mühüm rol oynayan hərbi aerodromlar, təlim bazaları, logistik mərkəzlər və istehsalat obyektləridir.
Qeyd edək ki, daha öncə "Quardian" nəşri yazıb ki, Böyük Britaniya artıq Ukraynaya Rusiyadakı hədəflərə qarşı "Storm Shadow" qanadlı raketlərindən istifadə etməyə icazə vermək qərarına gəlib.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı