2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Bu, qismən Ay tutulmasıdır.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BUTA.TV-a verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat saat 04:41:02-də başlayıb, saat 08:47:18-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44:10-da baş verəcək. Saat 06:12:48-də qismən tutulma başlayacaq və saat 07:15:35-də sona çatacaq. Saat 04:41:02-da yarımkölgəli tutulma başlayacaq və saat 08:47:18-də sona çatacaq.
2024-cü ilin 2-ci qismən Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.
Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.
- Azadlığını nazirliyin qoyunlarına görə qurban verdi
- Bakıda dəhşət: Əvvəl arvadını, sonra özünü öldürdü
- Balakəndə 43 yaşlı kişini sel apardı
- Azərbaycanda vəzifəli şəxs saxlanıldı: Mehdiyevlə əlaqə...
- 2 vəkilə töhmət verildi, 1 vəkil cərimələndi
- Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam edir
- Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
- İlham Əliyev daha bir sərəncam imzaladı