Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
"Sabah başlayacaq “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur".
DYP-nin müraciətində qeyd edilib ki, bununla yanaşı yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar
- Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı