Rusiya hərbçilərinin Donetsk vilayətinin Verolubovka kəndini atəşə tutması nəticəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin 3 əməkdaşı həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets öz Teleqram kanalında məlumat verib.
“Rusiya ordusunun Donetsk vilayətinin Verolubovka kəndini artilleriya atəşinə tutması nəticəsində BQXK-nın Ukrayna vətəndaşı olan üç əməkdaşı həlak olub, daha iki işçi isə yaralanıb. BQXK əməkdaşları yük maşınları ilə humanitar yardımın daşıyırdılar”, - deyə o yazıb.
- Xaçmazda əməliyyat: saxlanılanlar var
- Akademik Əjdər Məcidov vəfat etdi - Foto
- HHQ və XTQ komandanları təltif olundu
- Küləkli hava nə vaxta qədər davam edəcək?
- Duranın 12 milyonluq transferi təsdiqləndi - “Seltik”dən açıqlama
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video
- Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
- Əsgərliyə gedirdi, "komissarlığ"ın qarşısında maşın vurdu