“Maklaren” komandasının liderlərindən olan Andrea Stella bildirib ki, Azərbaycan Qran-Prisində komanda taktikası təqdim olunacaq.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, onun məlumatına görə, Bakıda Lando Norris öndə olacaq, Oskar Piastri isə ona kömək etməlidir.
Bu mövsümə qədər sürücülər bərabər hüquqlara malik idilər, lakin Norris 62 xal geridə qaldığı Maks Ferstappenlə çempionluq titulu uğrunda mübarizə apardığı üçün situasiya dəyişib.
“Biz bütün diqqətimizi qələbələrə və titullara yönəltmişik. Və biz buna indi nail olmaq istəyirik, ona görə də Norris mövsümün sonuna qədər daha çox dəstək alacaq”, – Stella bildirib.
Konstruktorlar çempionatında “Maklaren” “Red Bull”dan 8 xal geri qalır.
- Xaçmazda əməliyyat: saxlanılanlar var
- Akademik Əjdər Məcidov vəfat etdi - Foto
- HHQ və XTQ komandanları təltif olundu
- Küləkli hava nə vaxta qədər davam edəcək?
- Duranın 12 milyonluq transferi təsdiqləndi - “Seltik”dən açıqlama
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video
- Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
- Əsgərliyə gedirdi, "komissarlığ"ın qarşısında maşın vurdu