Bakı metropoliteninə üç il ərzində 13 yeni qatar və ya 65 vaqon gətirilməlidir.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov qeyd edib ki, bu il ərzində Bakı metropoliteninə bu qatarların əksəriyyətinin, yəni 7 qatarın gətiriləcəyi barədə daha öncə məlumat verilmişdi:
“2 qatar artıq Bakıya çatdırılıb. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat da veriləcək. Qatarlar bir qayda olaraq iki-iki gətirilir. 2 qatarda tənzimləmə sınaq işlərinə müvafiq sənədləşmə prosedurların başa çatdıqdan sonra başlanılacaq. İctimaiyyətə bununla bağlı əlavə məlumatlar da təqdim olunacaq”.
“Noyabr-dekabr aylarına qədər gətiriləcək 7 qatarın hər biri xəttə buraxılacaq və bununla da demək olar ki, Bakı metrosunda Həzi Aslanov-Dərnəgül istiqamətində qatarların böyük əksəriyyəti yeni nəsil qatarlar olacaq”, – deyə o, əlavə edib
- Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto
- Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı
- Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!
- Azərbaycan Rusiyaya nota verib
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video