Cari ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 7968,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən BUTA.TV-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5988,7 milyon manatlıq xidmət göstərilib.
Bu, xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib. Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 781,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 75,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Bu ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 faiz artaraq 1456,8 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 10,2 faiz artaraq 739,0 milyon manat təşkil edib.
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar
- Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı