Çin Rusiya və Ukrayna arasında müharibənin sülh yolu ilə həllini təşviq etməkdə davam etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bunu Çinin xarici işlər üzrə nümayəndəsi Mao Ninq Ukrayna Prezidenti Vladimir Zelenskinin Çin-Braziliya təşəbbüsünün sülhə əngəl olması ilə bağlı sözlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Çin və Braziliya mühüm prioritetləri, o cümlədən gərginliyin azaldılması və münaqişənin eskalasiyasının qarşısının alınmasını əhatə edən altı birgə saziş təqdim ediblər.
“Plan həmçinin bütün tərəfləri dialoq və danışıqlara sadiq olmağa, humanitar yardımı artırmağa, nüvə silahının istifadəsinə qarşı çıxmağa, nüvə stansiyalarına hücumlara müqavimət göstərməyə və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini qorumağa çağırır”, - deyə Mao bildirib.
- Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto
- Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı
- Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!
- Azərbaycan Rusiyaya nota verib
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video