1970-ci ildə Sovet rəhbərliyi Moskva, Kiyev, Bakı, Minskdə eksperiment aparmaq qərarına gəlir. “Sınaq subyektləri” adlı eksperiment fəhlə sinfi üzərində aparılmalı idi.
Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, eksperimentin mahiyyəti ondan ibarət idi ki, yeməkxanada kassir əvəzinə ödənişlərin edilməsi üçün adi bir podnos qoyulur. Yeməyə gələn hər kəs lazım olanı götürüb, pulu podnosa qoymalı idi. Xırda pullar da qoyulur ki, kimsə pulunun qalığını götürə bilsin:
“Təcrübə bir ay üçün nəzərdə tutulmuşdu. Eksperiment keçirilən bütün şəhərlərdə eyni hal müşahidə edilir: gəlir gündən-günə azalır. Eksperimenti keçirənlər məyus olurlar - necə ola bilər, axı, sovet insanı dürüst olmalı idi!
Sonda bu dörd şəhər içərisində Bakı hamını çox təəccübləndirir. Birdən-birə, son gündə podnosda təkcə gündəlik gəliri deyil, həm də ay ərzində yığılan bütün borcları üstələyən bir məbləğ yaranır.
Araşdırma başlayır, məlum olur ki, fabrikdə maaş günüdür. Bakı fabrik işçiləri maaşı aldıqdan sonra ay ərzində borclu olduqları hər şeyi artıqlaması ilə qaytarmışdılar.
Sınaq bitəndən sonra hesabat yayılır və elan edilir ki, ən dürüst insanlar azərbaycanlılardır”.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi