Zimbabvedə qida qıtlığı və görünməmiş quraqlıq ilə mübarizə apara bilmək üçün 200 filin ovlanmasına qərar verilib.
BUTA.TV xəbər verir ki, bu barədə "Quardian" nəşri məlumat yayıb.
Ətraf mühit naziri Sithembiso Nyoni bildirib ki, Zimbabvedə lazım olduğundan çox fil var:
"Biz "ZimParks" və bəzi icmalarla Namibiya təcrübəsi ilə bağlı müzakirə aparırıq. Müzakirələrdə filləri kəsərək, əti qurutmaq, qablaşdırmaq üçün qadınların səfərbər edilməsi, əldə edilən qidanın zülala ehtiyacı olan bəzi icmalara çatdırılması məsələsini qaldırmışıq".
Yemək üçün fillərin ovlanması fikri bəziləri tərəfindən sərt tənqid olunub. Bildirirlər ki, fillər turistlər üçün böyük maraq kəsb edir.
Qeyd edək ki, Zimbabvedə təxminən 100 000 fil yaşayır. Ölkə bu sayla Botsvanadan sonra dünyada ikincidir. Qonşu Namibiyada isə son onilliklərin ən ağır quraqlığı ilə mübarizə çərçivəsində bu ay 160 vəhşi heyvan öldürülüb. Ölkə planlı şəkildə 700-dən çox heyvanın öldürülməsinə qərar verib ki, onun 83-ü fildir.
- İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video
- Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda
- Bakıda növbəti iqlim tədbiri keçiriləcək
- Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…
- 44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
- Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər
- İlham Əliyev Türkiyəni təbrik etdi
- Bakıdan PKK-nın ləğvi qərarına reaksiya