İran Zəngəzur dəhlizi məsələsində öz mövqeyində möhkəmdir və güzəştə getmək niyyətində deyil.
BUTA.TV xəbər verir ki bu barədə SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalında qeyd olunub.
Vurğulanıb ki, İran mövqeyini qorumaq üçün öz gücünü göstərmək əzmindədir:
“Regional güc kimi İran onilliklər ərzində, o cümlədən, Səddam Hüseyn rejiminə qarşı müharibədə qalib gələrək, möhkəmliyini sübut edib. İran açıq şəkildə göstərdi ki, heç bir xarici qüvvə, istər siyasi, istərsə də hərbi təzyiq olsun, onun təsirini zəiflətməyə qadir deyil.
İranın maraqlarından yan keçərək, regional tarazlığı pozmağa yönəlmiş istənilən cəhdlər güclü müqavimətlə qarşılanacaq və ölkə bütün siyasi və strateji məsələlərdə öz mövqelərini müdafiə etməyə davam edəcək”.
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto
- Agentliyə sədr müavini təyin edildi - Foto
- Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı