Ukrayna Prezidenti Vladimir Zelenski qələbə planını təqdim etməyənə qədər ABŞ Prezident Co Bayden Kiyevin Rusiya ərazisinə uzaqmənzilli raketlər atmasına icazə verməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Sandey Tayms” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Co Bayden sentyabrın 13-də Britaniya Baş naziri Kir Starmerlə görüşündən sonra Ukraynanın Rusiyaya qarşı Qərb raketlərindən istifadə etməsi məsələsində pauza götürüb. Qeyd olunub ki, ABŞ administrasiyasında bu məsələdə vahid fikir yoxdur:
“ABŞ dövlət katibi Entoni Blinken Kiyevin Qərb raketlərini Rusiya ərazisinə endirməsinə icazə verilməsinin tərəfdarıdır, Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə bunun əleyhinədir.
“Ondansa, lüt çıxardı!” – Nigar Camalın səhnə geyimi olay oldu - VİDEO
Baydenin özü Ukraynaya istehsalına Amerika komponentləri daxil olan Britaniyanın “Storm Shadow” raketlərindən Rusiyaya zərbələr endirmək üçün istifadə etməyə açıq şəkildə icazə verməyə hazır deyil. Lakin istifadə olunsalar, ABŞ kəşfiyyat sistemlərinin yardımına qarşı çıxmayacaq.”
Məlumata görə, Zelenski öz planını sentyabrın sonunda BMT Baş Assambleyasına təqdim edəcək:
O, əvvəlcə Baydenin komandasına bu barədə məlumat verəcək, daha sonra bunu ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla müzakirə edəcək”.
- Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat
- Mixail Qusman işdən çıxarıldı
- Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik etdi
- AZAL reysinə zərbə endirən Paladiçukun şərhləri yayıldı - Video
- Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto
- Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi
- İlham Əliyev Putinə başsağlığı verdi
- Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi