Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
BUTA.TVə xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.
Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "Maklaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mersedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "Maklaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "Maklaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi
- Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı
- Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı
- Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert