Husilər artıq bilməlidirlər ki, İsrail dövlətinə hər hansı bir hücumun əvəzini ağır ödəməli olacaqlar.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Bizi məhv etməyə çalışan İranın şər oxuna qarşı bir çox cəbhələrdə kampaniya aparırıq. Bu səhər husilər Yəməndən ərazimizə yer-yer raketi atıblar. Onlar artıq bilməlidirlər ki, bizə zərər vurmaq cəhdinə görə yüksək əvəz tələb edirik. Bu mövzuda xatırlatmalara ehtiyacı olanlar Hudeyda limanını ziyarət etməyə dəvət olunur”, - Netanyahu bildirib.
Qeyd edək ki, husilər İsrailin Təl-Əviv şəhərini ballistik raketlə atəşə tutduqlarını açıqlamışdı.
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi
- Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı
- Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı
- Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert