UEFA idmana siyasi müdaxiləyə görə İngiltərəni 2028-ci ildə keçiriləcək futbol üzrə növbəti Avropa çempionatından kənarlaşdıra bilər.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Tayms” məlumat yayıb.
Yığmanın UEFA-nın himayəsi altında keçirilən turnirdən kənarlaşdırılmasına Böyük Britaniyanın əsas siyasi partiyaları tərəfindən konsepsiyası irəli sürülən müstəqil futbol tənzimləyicisinin yaradılması səbəb ola bilər. Bu tənzimləyicinin vəzifəsi ingilis klublarına və onların sahiblərinə nəzarət etmək və lisenziyalaşdırma sistemini yoxlamaq olacaq.
UEFA-nın baş katibi Teodor Teodoridis artıq Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Liza Nendiyə məktub göndərib. Etirazın mahiyyəti ondan ibarətdir ki, hökumət futbolun inkişafına qarışmamalıdır.
“TƏRBİYƏLİ" MƏMURLARIN “TƏRBİYƏSİZ” ÖVLADLARI... - Niyə əksəriyyəti xaricdədir?
2024-cü ildə keçirilən Avropa çempionatında İngiltərə yığması finala yüksəlsə də, həlledici matçda İspaniya millisinə uduzub. Avropa çempionatının finalındakı bu məğlubiyyət komanda üçün ardıcıl ikinci olub. Koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayında keçirilən AVRO-2020-nin finalınsa İngiltərə penaltilər seriyasında İtaliyaya uduzmuşdu.
- İlham Əliyev Moskva paradında iştirak etməyəcək
- Anar Quliyev bu nazirliyə rəhbər təyin ediləcək
- Mehriban Əliyeva No Fon Li ilə görüşdü
- Vyetnamla Azərbaycan arasında fikir ayrılığı... - Prezident
- Bakı-Hanoy strateji tərəfdaşlıqla bağlı bəyanat qəbul etdi
- Vyetnamla razılıq var, yaxın gələcəkdə... - Prezident
- İlham Əliyev və To Lam birgə bəyanatla çıxış edirlər
- Bakı ilə Hanoy arasında sənədlərin mübadiləsi oldu