Moskva və Bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Rus Pravoslav Kilsəsinin ordenini təqdim edib.
BUTA.TV-ın məlumatına görə, mükafatlandırma mərasimi Patriarxın Moskvadakı iqamətgahında baş tutub.
QMİ sədri 75 illik yubileyi münasibətilə dinlərarası dialoqun inkişafında və cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə yüksək mükafata layiq görülüb.
“Mən qardaşım Allahşükür Paşazadəni ürəkdən salamlayıram və böyük sevinc hissi ilə Sizi Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edirəm, çünki siz postsovet məkanında görkəmli din xadimisiniz. Kilsəmizə və şəxsən mənə yaradılan gözəl atmosfer dünyada müxtəlif növ münaqişələrin baş verdiyi bir vaxtda gündəmdə olan bütün məsələlərdə razılığa gəlməyə kömək etdi”, - patriarx qeyd edib.
O, həmçinin qeyd edib ki, xristianlar və müsəlmanlar arasında münasibətlər sülh və mehriban qonşuluq üçün mühüm amildir.
Şeyxülislam öz növbəsində Rus Pravoslav Kilsəsinin rəhbərinə yüksək mükafata görə təşəkkür edib və Patriarx Kirili Azərbaycan xalqının dostu adlandırıb.
O, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb. A.Paşazadə Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından xoş sözlər və salamlarını çatdırıb.
QMİ sədri Qarabağ xalçasını Rus Pravoslav Kilsəsinə hədiyyə edib.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər də iştirak ediblər.
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video
- Misir Argentinaya qalib gəlir - Canlı-Yenilənir
- DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video
- Özbəkistan Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
- İlham Əliyevin G20 sammitinə dəvət olunması... - Deputat
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi
- Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
- “Slimlux” və başqa arıqlama məhsullarında təhlükəli maddə - Psixikanı poza bilər+Fotolar