Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının (Startup World Cup) regional mərhələsi keçirilib.
ABB ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi bu qlobal tədbirə tərəfdaşlıq dəstəyi verib. Yarışmada iştirak üçün qeydiyyatdan keçmiş 100-ə yaxın startap arasından seçilən 5 startap öz ideyalarını geniş auditoriya qarşısında təqdim edib. Jürinin qərarı ilə qalib elan olunmuş startap 4 oktyabr 2024-cü ildə ABŞ-da keçiriləcək final yarışmasında Azərbaycanı təmsil edəcək.
“Startup World Cup” 60-dan çox ölkədə keçirilir və dünyanın ən yaxşı startaplarını bir araya gətirir. Onların qlobal miqyasda tanınmasına imkan yaradır. Bu baxımdan, sözügedən yarışma gənc sahibkarları və onların innovativ ideyalarını dəstəkləyən unikal platformadır.
Ölkəmizdə belə qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycanın startap ekosisteminin inkişafına, bu sahədə faydalı təcrübələrin formalaşmasına, gənc sahibkarlarımızın beynəlxalq arenada tanınmasına xidmət edir.
“Startup World Cup” tədbirinə tərəfdaşlıq dəstəyi ilə ABB yeni imkanların axtarışında olan gənc sahibkarların yanında olduğunu, onların inkişafına hərtərəfli dəstəyini bir daha nümayiş etdirir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi