İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri, məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtiva edən sorğusu bir sıra Qərb dairələrindəki ikili standartları bir daha təsdiq edir. Sorğunun mahiyyəti əsassız və qərəzli olmaqla yanaşı, Azərbaycan və Ermənistana münasibətdə açıq-aşkar “ikili standart”ların bariz nümunəsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, əvvəllər olduğu kimi, bu qətnamədə də ermənipərəst deputatlar Azərbaycanı məqsədli surətdə qaralamağa və ölkəmizi aqressor kimi göstərməyə çalışıblar:
“Məqsəd Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaqdır. Məhz ikili standartların nəticəsidir ki, onlar heç vaxt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərlə azərbaycanlını qovmasına, Qarabağ və Şərqi Zəngəzurdan mən də daxil olmaqla 800 minə yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnu pozmasına dair narahatlıqlarını ifadə etməyiblər. Bu da təbii ki, onların saxta və qərəzli mövqelərinin təzahürüdür.
Sorğuda beynəlxalq hüquqa zidd fikirlərin əks olunması onu göstərir ki, bu qətnamə bütünlüklə subyektiv və qərəzli xarakter daşıyır. İrəli sürülən iddialar və ittihamlar da həmişəki kimi uydurma arqumentlərə, yanlış məlumatlara əsaslanır. İsveçrəli deputatların son sorğusu hüquqi sənədə yox, populist siyasətçilərin təbliğat məruzəsinə oxşayır.
Sorğuda COP29 kimi yüksək səviyyəli beynəxalq tədbirin təşkilinə kölgə salmaq cəhdi bir daha sənədin məqsədli və ikili standartlara söykəndiyini göstərir. Bütün beynəlxalq öhdəliklərə və eləcə də demokratik prinsiplərə sadiq olan Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişiklikləri istiqamətində regional töhfəsini hər zaman nümayiş etdirib”.
İsveçrə Parlamentinin qərəzli sorğuları və bəyanatları bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz. Amma görünən odur ki, İsveçrə Parlamentinin məqsədi sülhə dəstək deyil, regionda gərginlik yaratmaq və Azərbaycana qarşı saxta və qərəzli siyasəti davam etdirməkdir”.
Qeyd edək ki, İsveçrə parlamentinin 16 deputatı ermənilərin Qarabağa geri qaytarılması ilə bağlı icra hakimiyyətlərinə yazılı sorğu göndərib.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi