İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı komandaya qarşı mübarizə apardıq. İlk hissənin sonlarına yaxın rəqib hücumlar edirdi.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VII turunda doğma meydanda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, yerli çempionatdan fərqli olaraq, avrokuboklarda daha yüksək templə oynayacaqlarını söyləyib:
"Hər bir elementə hazır olmalıyıq. "Neftçi" ilə oyunda bəzi zonaları "Tottenhem"lə oyunöncəsi yoxladım".
Q. Qurbanov "Neftçi"nin nəticələrinə məyus olduğunu bildirib: "Heç bir komanda başına gələnlərdən sığortalanmayıb. "Qarabağ" da uğursuzluq yaşaya bilər. "Neftçi" böyük komandadır. Mən özüm də bu klubun şərəfini qorumuşam. İnanıram ki, hər şey yaxşı olacaq".
53 yaşlı çalışırdırıcı sabiq futbolçusu Qara Qarayev haqqında da fikirlərini bölüşüb:
"Onun hazırda "Qarabağ"a qayıdacağı gündəmdə deyil. Qara güclü xarakterə malik olan biridir. Onun işləri yolunda getməyəndə özünü hər zaman günahlandırır".
Mütəxəssis Ağdam şəhərində təməli qoyulan "İmarət" stadionunun tikintisi barədə də danışıb: "Çox xoş hal idi. Bu cür başlamaq möhtəşəmdir.
- DİN Xırdalandakı görüntülərlə bağlı açıqlama yaydı - VİDEO
- “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” - Tahir Kərimli
- “Paşinyanın əsli bizim rayondandır, onu görsəm...” - Misir Mərdanov
- “Yeni nəsillər də bizi buna görə tənqid edəcəklər” - Hikmət Hacıyev
- İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır
- Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi – Şok AÇIQLAMA
- İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ
- Süni intellekt Putinin ölüm ilini proqnozlaşdırdı