Beyruta zərbə: Hizbullahın 6 komandiri öldürüldü

01:22 - 21 Sentyabr 2024 - GÜNDƏM

 Beyruta zərbə: Hizbullahın 6 komandiri öldürüldü

İsrail qırıcılarının Livanın paytaxtı Beyruta zərbəsi nəticəsində Hizbullahın elit bölməsi “Radvan”ın 6 komandiri öldürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə MTV telekanlı məlumat yayıb.

Bildirilib ki, onların hamısı Hizbullahın hərbi lideri İbrahim Aqilin sədrliyi ilə keçirilən əməliyyat qərargahının iclasında iştirak ediblər.

Belə ki, İsrail təyyarələri Əl-Qaim məhəlləsində 7 mərtəbəli binanın qarajına və toplantının keçirildiyi hərbi bunkerə dörd raket zərbəsi endirib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Qeyd edək ki, İsrail HHQ-nin Beyrut ətrafına zərbələri nəticəsində son məlumata görə, ölənlərin sayı 14-ə, yaralananları sayı isə 66-ya çatıb. Daha 17 nəfər itkin düşmüş sayılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol