Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
BUTA.TV sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. 2024-cü il 26 iyul tarixində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma” təsdiq edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi
- Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar
- Başçının müavini idi, I müavin oldu
- Oğuzda buğda yüklü TIR yandı
- AZAL Qars şəhərinə uçuşlara başlayır
- Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
- Bakıda məhbus həbsxanadan qaçdı - Əməliyyat keçirilir
- Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olundu